Hindistanda saç tökülmə EPİDEMİYASI

17:45 - 12 Yanvar 2025

Hindistanda saç tökülmə EPİDEMİYASI

Hindistanın Buldhana bölgəsindəki kəndlərdə sürətlə yayılan və saç tökülməsinə səbəb olan bir epidemiya narahatlıq yaradıb.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, səhiyyə işçiləri təcili olaraq bölgəyə cəlb edilib, mütəxəssislər isə epidemiyanın mənbəyini müəyyənləşdirmək üçün çalışırlar.

Yerli əhali arasında "saçsızlıq virusu" kimi tanınan bu xəstəliyin ilkin araşdırmalara əsasən, saç, baş dərisi və dırnaqlara təsir edən bir göbələk infeksiyası olmadığı bildirilib. Bununla yanaşı, mütəxəssislər bunun yalnız ilkin nəticələr olduğunu və dəqiq diaqnoz üçün daha geniş analizlərə ehtiyac olduğunu vurğulayıblar.

Həlledici əhəmiyyət daşıyan mikrobioloji hesabatların cümə axşamına qədər yayımlanması gözlənilir.

Digər tərəfdən, Hindistan Tibb Araşdırmaları Şurasından (ICMR) bir ekspert qrupunun iki gün ərzində bölgəyə səfər edərək ətraflı araşdırmalara başlayacağı açıqlanıb.

Bu epidemiya yerli sakinlər arasında ciddi narahatlığa səbəb olub və hökumət tərəfindən ciddi nəzarət altına alınıb.


Xəbər xətti

12 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin