Ermənistanda PARTLAYIŞ - Ölən və yaralanan var

10:11 - 27 İyun 2021

Ermənistanda PARTLAYIŞ - Ölən və yaralanan var

Ermənistanda partlayış olub.

Bu barədə Manset.az  Ermənistan medaisına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Armavir əyalətində, Eçmiədzindəki evlərdən birində qeydə alınıb. Partlayış zamanı 1 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Hadisə yerinə gələn polis əməkdaşları partlayış zamanı həlak olan şəxsin 48 yaşlı Gevorq Asatryan, yaralanan şəxsin 33 yaşlı Ruben Papoyan olduğunu müəyyənləşdiriblər. Onlar evdə qumbara partladığını təsdiqləyiblər.

Faktla bağlı istintaq qrupu yaradılıb, araşdırmalar aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin