“Qarabağ”da ciddi itki - "Lion”la matçda olmayacaq
21 Noyabr 2024
22:00 - 10 İyun 2021
Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının arxiyepiskopu Aleksandr Ata dünyasını dəyişib.
Manşet.az-ın əldə etdiyi məlumata görə, A.Ata bu gün vəfat edib.Mərhum 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir.
12 iyun 2002-ci il tarixdə Azərbaycanın ictimai həyatındakı xidmətlərinə görə Aleksandr Gennadyeviç “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin