Rusiyanın hava limanı fəaliyyətini bərpa etdi - YENİLƏNİB
12 Yanvar 2025
13:35 - 12 Yanvar 2025
Yanvarın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 4-9° isti olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin