Hindistanda saç tökülmə EPİDEMİYASI
12 Yanvar 2025
11:15 - 12 Yanvar 2025
Bir qrup avstraliyalı tədqiqatçı cisimlərin parçalanması prosesini müşahidə edən unikal təcrübə aparıb. Alimlər 30 dəqiqədən bir parçalanmanın hər mərhələsini qeydə alan kameralar quraşdırıblar. Əldə edilən nəticələr isə gözlənilməz və hətta qorxulu olub.
Manset.az xəbər verir ki, görüntülərdə cəsədin qolları və ayaqları da daxil olmaqla bədən üzvlərinin hərəkət etdiyi əks olunub. Lakin ekspertlərin izah etdiyinə görə, bunun mistisizmlə heç bir əlaqəsi yoxdur. Hərəkətlər təbii proseslər, əzələ dartılması nəticəsində baş verir.
Bu cür müşahidələr alimlərə bədənin parçalanma mərhələlərini daha yaxşı anlamağa kömək edir. Sözügedən məlumatlar məhkəmə, tibb, kriminologiya və bədəndə ölümdən sonra baş verən təbii proseslərin öyrənilməsi üçün vacibdir. Tədqiqat yalnız yeni biliklər vermir, həm də cinayətlərin açılması üçün vacib olan ölümün dəqiq vaxt çərçivəsini təyin etməyə kömək edir.
Ətraflı Baku TV-nin süjetində:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin