Ərdoğandan növbəti dəfə prezidentliyə namizədliyi barədə AÇIQLAMA

09:50 - 12 Yanvar 2025

Ərdoğandan növbəti dəfə prezidentliyə namizədliyi barədə AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən zaman bildirib.

Belə ki, qurultayda Ərdoğanın məşhur müğənni İbrahim Tatlıseslə arasında dialoq yaşanıb.

Tatlıses Ərdoğana “Növbəti dövr prezidentliyə hazırsınız, yoxsa yox? Buna cavab alaq”, - sualını verib.

Ərdoğan isə “Sən varsansa, varam”, - cavabını verib.


Xəbər xətti

12 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin