İctimai nəqliyyat bu şəxslərə pulsuz olacaq?
12 Yanvar 2025
00:50 - 12 Yanvar 2025
İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə yoluxmuş şəxsə immunosupressiv preparatların istifadəsini tələb etməyən genetik modifikasiya olunmuş hüceyrələr köçürülüb. Bu kəşf yeni, təhlükəsiz və effektiv müalicə metodunun işlənib hazırlanması üçün əsas ola bilər.
Eksperimentdə iştirak edən xəstə immuniteti zəiflədən preparatlar qəbul etmədən bazuönü (dirsəklə bilək arasındakı hissə) əzələlərinə yerləşdirilən hüceyrələr əldə edib. Bir aydan sonra hüceyrələr fəaliyyət göstərərək insulin istehsal edib ki, bu da onların qəbul olunduğunu göstərir.
Tədqiqatın növbəti mərhələsi donor hüceyrələrin sayı məhdud olduğundan onların kütləvi istehsalı texnologiyasının hazırlanmasıdır. Əgər gələcək tədqiqatlar eyni dərəcədə uğurlu nəticələr göstərsə, yeni hüceyrə terapiyası 1-ci tip diabet üçün inqilabi müalicəyə çevrilə bilər. Onun 5-10 il ərzində geniş istifadə olunacağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin