"Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır" - Trampın xüsusi nümayəndəsi

23:35 - 11 Yanvar 2025

“Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır. Bu, İranı daha demokratik bir ölkəyə çevirmək üçün lazımdır”.

 

Manset.az Böyük Britaniyanın “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib ki, bu təzyiq hərbi, iqtisadi və diplomatik olmalıdır.

Xüsusi nümayəndənin sözlərinə görə, İranın yaxşılığa doğru dəyişmək imkanı var.


Xəbər xətti

12 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin