Zelenski PUA sifarişlərini artırmağı ƏMR ETDİ

23:15 - 11 Yanvar 2025

Zelenski PUA sifarişlərini artırmağı ƏMR ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski pilotsuz uçuş aparatlarının (PUA) sifarişlərini artırmağı əmr edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Baş Qərargahın növbəti iclasında danışıb.

Onun sözlərinə görə, əsas məqsəd bu ili bütün növ “PUA”ların əldə edilməsində rekorda nail olmaq və Ukrayna raketlərinin, artilleriyasının və digər zəruri avadanlıqların istehsalını əhəmiyyətli dərəcədə artırmaqdır.

Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal daha əvvəl ölkəsinin 2025-ci ildə 30 min uzaq mənzilli PUA və 3 min raket istehsal etməli olduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Ukraynanın müdafiəsi və təhlükəsizliyi üçün ümumilikdə 2 trilyon 230 milyard qrivna ayrılıb.


Xəbər xətti

12 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin