Bu ölkədə kütləvi nümayişlər BAŞLADI

20:40 - 11 Yanvar 2025

Bu ölkədə kütləvi nümayişlər BAŞLADI

Monqolustanda etirazçılar Ulan-Batorun mərkəzi meydanına toplaşaraq prospekti bağlayıblar.

 

Manset.az bu barədə Monqolustan mətbuatına istinadən xəbər verir.

Məlumata görə , mərkəzi meydandan keçən 15 avtobus marşrutu ləğv edilib.

Mitinq bu gün səhər, yanvarın 11-də Azadlıq Alyansı partiyasının rəhbərliyi ilə başlayıb. Yerli vaxtla saat 12:00-da meydanda 3 minə yaxın insan olub.

Nümayişçilər Monqolustan hakimiyyətini duman mübarizə aparmamaqda ittiham edirlər.

Azadlıq Alyansı Partiyası parlament üzvlərinə indiki Monqolustan hökumətinin istefası tələbi ilə 33 məktub göndərib.


Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin