Keçmiş məhkum saxta pullarla alış-veriş etdi - Saxlanıldı

14:45 - 11 Yanvar 2025

Keçmiş məhkum saxta pullarla alış-veriş etdi - Saxlanıldı

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.


Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin