"Məntəqələrdə veb-kameralar quraşdırılacaq" - MSK sədri

12:47 - 11 Yanvar 2025

"Bələdiyyə seçkisi ilə əlaqədar məntəqələrdə veb-kameralar quraşdırılacaq".

 

Manset.az xəbər verir ki, bunu bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin veb-kameralar min məntəqəni əhatə edəcək:

"Veb-kameralar quraşdırılarkən məntəqələr elə seçilir ki, onlar Azərbaycan ərazisini əhatə etsin. Veb-kameralar məntəqə açılandan etibarən məntəqə üzvlərinin gördükləri işlər də daxil olmaqla bütün prosesi izləyir".

MSK sədri vurğulayıb ki seçkinin keçirilməsində əsas tələblərdən biri prosesin şəffaflıqdır:

"Ona görə də media nümayəndələri də seçkini sərbəst şəkildə izləyə biləcəklər".


Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin