Bakı-Qazax yolunda avtomobil qəzası - Ölən və xəsarət alanlar var

09:55 - 27 İyun 2021

Bakı-Qazax yolunda avtomobil qəzası - Ölən və xəsarət alanlar var

Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Manset.az xəbər verir ki, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, "VAZ-2107" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər - 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv