"Nə Ukrayna, nə də Rusiya hələ danışıqlara başlamağa hazır deyil" - Ağ ev

22:25 - 10 Yanvar 2025

ABŞ Prezidenti Co Baydenin istefa verən administrasiyası hesab edir ki, nə Ukrayna, nə də Rusiya hələ danışıqlara başlamağa hazır deyil.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi keçirdiyi brifinqdə bildirib.

“Hazırda hər iki tərəfin danışıqlara hazır olması gözləntiləri yoxdur” - o, deyib.

Kirbinin sözlərinə görə, ABŞ döyüş meydanında öz mövqeyini möhkəmləndirmək və gələcəkdə Rusiya Federasiyası ilə mümkün danışıqlar üçün lazımi şərait yaratmaq məqsədilə Ukraynaya dəstək üçün addımlar atmağa davam edir.


Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin