Azərbaycanda 55 yaşlı qadın 32 il sonra ana oldu - FOTO

17:53 - 10 Yanvar 2025

Azərbaycanda 55 yaşlı qadın 32 il sonra ana oldu - FOTO

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin həkimləri ağır vəziyyətdə olan körpəni xilas ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, ötən ilin dekabrın 28-də Masallı rayonundan olan 55 yaşlı qadının 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtda özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi  2kq. 690 qram çəkidə olan körpə (kişi cinsli) dekabrın 30-da  yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub. 

Süni tənəffüs aparatına qoşulan körpəyə həkimlər və tibbi kollektiv tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib. 

Onun tənəffüsü bərpa olunub və yanvarın 10-da evə yazılıb.



Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin