Tramp və Obama dəfn mərasimində danışdılar

17:37 - 10 Yanvar 2025

Tramp və Obama dəfn mərasimində danışdılar

ABŞ-nin keçmiş Prezidenti Cimmi Karterlə vida mərasimi zamanı Ağ Evin yeni seçilmiş Prezidenti Donald Tramp ABŞ-nin keçmiş Prezidenti Barak Obamaya bəzi mövzuları müzakirə etmək üçün “sakit yer” tapmağı təklif edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dodaq oxuma üzrə mütəxəssis Ceremi Friman deyib.

“Mən burada danışa bilmirəm, sakit  yer tapmalıyıq. Bu mühüm məsələdir və biz bunu burada yox, lakin əlbəttə ki, bu gün müzakirə etməliyik.”, - o, Trampın mümkün sözlərini deşifrə edib.

Friman hesab edir ki, Tramp və Obama beynəlxalq müqavilələri müzakirə ediblər, lakin hansı müqavilələr olduğu bilinmir. Ekspertin fikrincə, ABŞ-nin yeni seçilmiş Prezidenti Obamaya tərəf əyilib və  şərtləri pis olduğuna görə müəyyən razılaşmadan imtina etdiyini bildirib.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin