Günün bu saatında qəhvə içmək ömrü uzadır - Alimlər açıqladı

07:30 - 10 Yanvar 2025

Günün bu saatında qəhvə içmək ömrü uzadır - Alimlər açıqladı

Qəhvə sağlamlığa mənfi təsir göstərə bilər, lakin səhərlər içmək ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər.

 

Manset.az xəbər verir ki, bunu "European Heart Journal"da dərc olunan məlumatlar sübut edir.

Aparıcı alimlərdən biri olan Lu Qinin sözlərinə görə, alimlər ilk dəfə qəhvə içməyin sağlamlığa təsirini araşdırıblar.

Mütəxəssislər təhlillər zamanı 40 min insanın qidalanmasını və həyatını tədqiq edərək belə qənaətə gəliblər ki, yalnız səhərlər qəhvə içən insanlar ürək-damar xəstəliklərindən və xərçəngin inkişafından daha az əziyyət çəkirlər. Qeyd olunur ki, içkini gün ərzində içənlər arasında belə korrelyasiya müşahidə edilməyib.

Alimlər vurğulayıblar ki, işin nəticələrində mühüm amillər, o cümlədən genetika, xroniki xəstəliklər və qidalanma vərdişləri nəzərə alınıb.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin