Naxçıvanda qəza - Şəhərdə su kəsildi

23:50 - 9 Yanvar 2025

Naxçıvanda qəza - Şəhərdə su kəsildi

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən, diametri 355 millimetr olan əsas magistral su xəttində qəza baş verib.

 

Manset.az xəbər verir ki, qəzaya səbəb kimi borunun uzun müddət istismar edilməsi ehtimal olunur. Nəticədə şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Sukanal İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin