Bakıda 27 yaşlı gənc evində xəncərlə vuruldu

22:50 - 18 Noyabr 2021

Bakıda 27 yaşlı gənc evində xəncərlə vuruldu

Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Musayev Kamran Şakir oğlu Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin