Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı

17:26 - 9 Yanvar 2025

Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı

Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaşı işdən çıxarılıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.

Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.

Bildirilib ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin