Bu ölkədə xəstələnmək qadağan edildi

16:49 - 9 Yanvar 2025

Bu ölkədə xəstələnmək qadağan edildi

İtaliyanın cənubundakı Belkastro şəhərinin meri Antonio Torçia fərmanla yerli sakinlərin xəstələnməsini qadağan edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Sənəddə “tibbi yardımın, xüsusən də təcili yardımın göstərilməsinə” ehtiyacı olan “hər hansı bir xəstəliyə yoluxmamaq” tələb olunur.

Torçia səhiyyə sektorunda resurs və kadr çatışmazlıq səbəbini göstərib. Bələdiyyə sədri fərmana“ironik yanaşmağa çağırıb.

"Bu sadəcə təxribat deyil, fərman yardım çağırışı, diqqəti qəbuledilməz vəziyyətə cəlb etmək üsuludur”, - Torçia bildirib.

Belkastroda 1,3 minə yaxın insan yaşayır ki, onların da yarısı təqaüdçüdürlər. Şəhərdə tibb məntəqəsi var, amma tez-tez bağlanır. Ən yaxın təcili yardım məntəqəsi 45 kilometr məsafədədir.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin