Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO
10 Yanvar 2025
14:00 - 9 Yanvar 2025
Ağcabədidə azyaşlı bacısı oğlunu öldürməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib.
Fermada çoban işləyən 39 yaşlı Natiq Babayev otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə vurub.
Azyaşlı aldığı xəsarətlərdən ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin