“Rufo Gəncinski”nin yeri məlum oldu: Bu restoranda… – FOTO

22:39 - 18 Noyabr 2021

“Rufo Gəncinski”nin yeri məlum oldu: Bu restoranda… – FOTO

Bir qədər əvvəl 8 illik həbsdən sonra azadlığa çıxan “Rufo Gəncinski” ləqəbli kriminal avtoritet Ülfət Tağıyev Moskvadadır.

Manset.az  lent.az-a istinadən xəbər verir ki, o, Voloqdada həbsdən çıxandan sonra Moskvada miqrantlar üçün nəzərdə tutulmuş müvəqqəti məntəqədə saxlanılırdı. Onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Amma deyəsən vəziyyət son anda dəyişdi.

Etibarlı mənbələrdən sızan məlumata görə, Rufonun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və hazırda Moskvada yaşayır.Başqa bir məlumata görə, Rufonu mərhum kriminal avtoritet Rövşən Lənkəranskiyə yaxın Zaur və gürcü oğru Badri qarşılayıb. Hazırda Rufo tez-tez Moskvanın mərkəzindəki Novıy Arbat küçəsində yerləşən “Matç Point” restoranında olur.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin