Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO
9 Yanvar 2025
13:18 - 9 Yanvar 2025
Killadamente təxəllüsü ilə tanınan amerikalı bloger Kerol Akosta 27 yaşında vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, yanvarın 3-də bloger Nyu-Yorkda nahar edirmiş və qəfildən boğulmağa başlayıb. O, xəstəxanaya yerləşdirilsə də, bloggeri xilas etmək mümkün olmayıb. Akostanın bacısı mediada müvafiq məlumatların yayılmasından sonra blogerin ölümünü təsdiqləyib.
“Allaha şükür edirəm ki, mənə sənin kimi böyük ürəkli bacı verib" - mərhumun bacısı İnstaqram səhifəsində yazıb.
Akostanın ölümünün dəqiq səbəbi məlum deyil, hazırda ailəsi tibbi ekspertizanın nəticəsini gözləyir.
İnstaqramda bloggeri təxminən 7 milyon insan izləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin