Ölən erməni hərbçilərin anaları Paşinyanın istefasını tələb edirlər

22:28 - 18 Noyabr 2021

Ölən erməni hərbçilərin anaları Paşinyanın istefasını tələb edirlər

44 günlük müharibədə ölən erməni hərbçilərin anaları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Manşet.az xəbər verir ki, bu barədə həlak olan hərbçilərin anaları sosial şəbəkələrdə yazırlar.

"Bizə qoşulun. Susmayın. Mən Ermənistanda hakimiyyəti ələ keçirmiş xəyanətkar Nikol Paşinyanın istefasını tələb edirəm. Onun rəhbərliyi altında Ermənistan ancaq məğlub olub, alçaldılıb və gənc nəslini qurban verib. O deyir ki, xalq onu edam etməyə qərar verərsə, edam olunmağa hazırdır. Gəlin ölkə daxilindəki pisliyi “edam edək””, - deyə ölən hərbçilərdən birinin anası yazıb.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin