Dərs və iş saatları ilə bağlı mühüm xəbər - DƏYİŞDİRİLİR?
9 Yanvar 2025
11:18 - 9 Yanvar 2025
Sosial şəbəkələrdə Bakıda məktəbdə valideynlər arasında baş verən insidentin görüntüləri yayılıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Manset.az-a bildirib ki, polis hadisə ilə bağlı araşdırma aparır.
“Dekabrın 18-də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş vermiş insidentlə bağlı mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər. Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə hər iki şəxs ekspertizaya göndərilib.
Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək”, - deyə o əlavə edib.
Sözügedən görüntüləri təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin