Yaponiyada sərnişin təyyarəsinin təkəri partladı - FOTO

10:32 - 9 Yanvar 2025

Yaponiyada sərnişin təyyarəsinin təkəri partladı - FOTO

Yaponiya Hava Yollarına məxsus təyyarənin Tokiodakı Haneda hava limanına eniş zamanı təkəri partlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tokio Haneda Beynəlxalq Hava Limanında Japan Airlines şirkətinə məxsus təyyarədə qəza baş verib. Eniş zamanı Komatsudan uçan təyyarənin təkərlərindən biri partlayıb. Lakin hadisəyə baxmayaraq, təyyarə sağ-salamat eniş edib və hadisədən xəsarət alan olmayıb.

65 sərnişin və ekipaj üzvlərini daşıyan təyyarə təhlükəsiz şəkildə enib. Təyyarə yerə endikdən sonra təkərləri dəyişdirilib və terminala göndərilib.

Hadisə uçuş-enmə zolağının 25 dəqiqə bağlanmasına və 15 reysin gecikməsinə səbəb olub. Bundan əlavə, eyni təyyarə ilə həyata keçirilməli olan 2 reys ləğv edilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Japonya'da iniş yapan yolcu uçağının lastiği patladı


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin