Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO
10 Yanvar 2025
07:30 - 9 Yanvar 2025
Dissosiasiya insanın zehni ilə reallıq arasında bir əlaqənin qırılması vəziyyətidir və adətən travmadan sonra meydana gəlir. Bu mexanizm uşaqların emosional və sosial həyatına ciddi təsir göstərə bilər.
Manset.az trt haber-ə istinadən bu xəstəliklə bağlı məlumatları sizə təqdim edir:
Travmalar və dissosiasiya
Uşaqların dissosiasiyaya meyilli olması onların məhdud baş etmə qabiliyyətləri ilə bağlıdır. Psixoloqlar bildirirlər ki, dissosiasiya, uşaqların gücsüz və təhlükəsiz hiss etdikləri anlarda ortaya çıxan müdafiə mexanizmidir. Fiziki, emosional, yaxud cinsi zorakılıq, diqqətsizlik, böyük stress, təbii fəlakətlər, itkilər və ya ailədaxili münaqişələr bu vəziyyətə səbəb ola bilər.
Əlamətlər nədir?
Dissosiasiya yaşayan uşaqlar bəzən dalğın, xəyallara dalmış kimi görünürlər. Onlar müəyyən hallarda ətrafda baş verənlərə reaksiya vermir, bəzən də travmatik hadisələri unutmağa çalışırlar. Digər əlamətlər arasında emosional dəyişikliklər, transa keçmə hallarının müşahidə olunması, özlərinə üçüncü şəxs kimi müraciət etmələri qeyd edilir.
Sosial media və dissosiasiya
Mütəxəssislər sosial mediada travmatik və ya reallıqdan uzaq məzmunların uşaqların dissosiasiya riskini artırdığını bildirirlər. Çox vaxt uşaqlar reallıqdan qaçaraq sosial media dünyasına sığınırlar.
Müalicə yolları
Dissosiasiya yaşayan uşaqlar üçün erkən müdaxilə vacibdir. Sağlam yuxu rejimi, balanslı qidalanma və güclü sosial dəstək şəbəkələri bu vəziyyətin qarşısını almaqda və ya onun təsirini azaltmaqda mühüm rol oynayır. Terapiya, uşaqların sosial həyata adaptasiya olunmasına kömək edə bilər.
Erkən dəstək uşaqların gələcəkdə sağlam və balanslı fərdlər kimi yetişməsinə şərait yaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin