Dərs və iş saatları ilə bağlı mühüm xəbər - DƏYİŞDİRİLİR?
9 Yanvar 2025
21:10 - 8 Yanvar 2025
Qazaxıstanın inkişaf etmiş nüvə enerjisinə malik ölkəyə çevrilməsi üçün bir neçə AES-in tikintisi üzrə işləri sürətləndirməlidir.
Manset.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Atom elektrik stansiyalarının tikintisini sürətləndirmək lazımdır, biz iki böyük stansiya tikəcəyik. Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan, süni intellektin fəaliyyət göstərdiyi ölkəyə çevirməliyik", - Tokayev qeyd edib.
Qazaxıstan lideri bir müddət əvvəl müsahibəsində ölkəsinin yüksək güclü atom elektrik stansiyasına ehtiyacı olduğunu bildirmişdi. O, yaxın vaxtlarda ikinci, bəlkə də üçüncü AES-in tikintisinə başlayacaqlarını istisna etməyib.
Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı referendum keçirilib. Stansiyanın tikintisini seçicilərin 71,12 faizi dəstəkləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin