Dərs və iş saatları ilə bağlı mühüm xəbər - DƏYİŞDİRİLİR?
9 Yanvar 2025
19:30 - 8 Yanvar 2025
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan təyyarə təcili eniş etməli olub.
Manset.az-ın verdiyi məlumata görə, bu barədə zakon.kz xəbər yayıb.
Bildirilib ki, "Air Astana" aviaşirkətinin "KC915" reysi ilə uçan "Airbus A321" təyyarəsi yanacaq sisteminin təhlükəsizlik klapanındakı nasazlıq səbəbindən Aktau şəhərində məcburi eniş edib.
"Reys yanvarın 9-da saat 09:20-yə təxirə salınıb. Nasazlığı aradan qaldırmaq üçün Almatıdan ehtiyat hissəsinin çatdırılması tələb olunur. Sərnişinlərə qida və mehmanxanada yerləşmə təmin edilib. Oxşar tədbirlər Antalyadan uçuşu gözləyən sərnişinlər üçün də təşkil edilib", - deyə məlumatda vurğulanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin