Manset.az-ın xəbəri təsdiqləndi - Türkiyə futbolunda VAR əcnəbi hakimlər olacaq
9 Yanvar 2025
10:10 - 8 Yanvar 2025
Amerikanın Los-Anceles şəhərinin hakimiyyət orqanları meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qərbi Los-Ancelesdə küləklə güclənən meşə yanğını 30 minə yaxın insanın təxliyə edilməsinə səbəb olub.
Mövcud məlumata görə, milli parkın yerləşdiyi Palisades ərazisində məcburi təxliyə elan edilib. Təhlükəli zonada 27 minə yaxın insan yaşayır. Hazırda yanğın üç kvadrat kilometrdən çox ərazini əhatə edir, lakin güclü külək səbəbindən alov ətrafa sürətlə yayılır.
Los-Anceles şəhərinin meri Karen Bass küləklərin güclənməsi səbəbindən vəziyyətin çox təhlükəli olduğunu bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin