Manset.az-ın xəbəri təsdiqləndi - Türkiyə futbolunda VAR əcnəbi hakimlər olacaq
9 Yanvar 2025
09:49 - 8 Yanvar 2025
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib. Bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
Manset.az xəbər verir ki, uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.
Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin