Manset.az-ın xəbəri təsdiqləndi - Türkiyə futbolunda VAR əcnəbi hakimlər olacaq
9 Yanvar 2025
08:00 - 8 Yanvar 2025
İtaliyanın Belkastro kəndində sakinlərə “təcili tibbi yardım tələb edə biləcək hər hansı xəstəliyə yoluxmamaq” əmri verilib.
Manset.az xəbər verir ki, bu barədə “La Reppublica” nəşri yazıb.
Kəndin meri Antonio Torçia sakinlərə xəstəliyə yoluxmağı qadağan edib.
Kənddə yaşayan 1200 nəfərin təxminən yarısının 65 yaşdan yuxarı olduğunu deyən mer, ən yaxın təcili yardım xidmətinin kənddən 45 kilometr aralıda olduğunu bildirib. O həmçinin, sözügedən məntəqəyə çatmaq üçün yolun sürət həddinin saatda 30 kilometr olduğunu da əlavə edib.
O bildirib ki, sözügedən qərar səhiyyə sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün verilib.
Həmçinin əlavə edib ki, kənddə növbətçi tibb məntəqəsi nizamsız fəaliyyət göstərir; həftə sonları, bayram günlərində və ya iş saatları xaricində xidmət göstərmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin