Əməliyyat zamanı doğum günü - Cərrah xəstənin həyatını heçə saydı
8 Yanvar 2025
22:55 - 7 Yanvar 2025
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir.
Manset.az xəbər verir ki, etirazçılar qanunverici orqanın qarşısındakı Rustaveli prospektini bağlayıblar.
Etiraz aksiyasının 41-ci günündə vətəndaşlar eyni tələb səsləndirirlər. Onlar yeni parlament seçkilərinin keçirilməsini, həmçinin aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Xatırladaq ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldiyi bəyan etməsindən sonra başlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin