Əməliyyat zamanı doğum günü - Cərrah xəstənin həyatını heçə saydı
8 Yanvar 2025
19:40 - 7 Yanvar 2025
Fransa liderləri afrikalılara hörmət etməyi öyrənməlidirlər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çadın xarici işlər naziri Abderaman Kulamalla Fransa Prezidenti Emmanuel Makronun Saheldə terrorla mübarizədə göstərilən köməyə görə Afrika dövlətlərinin təşəkkür etməməsi barədə açıqlamasını şərh edərkən bildirib.
Kulamallanın sözlərinə görə, belə bəyanatlar Fransa liderinin Afrika və afrikalılara qarşı alçaldıcı münasibətini əks etdirir.
"Fransa liderləri Afrika xalqına hörmət etməyi öyrənməlidirlər", - XİN başçısı bildirib.
O əlavə edib ki, Fransa Çad ordusunu yaratmayıb və heç vaxt onun struktur inkişafına töhfə verməyib, əksinə, Çad xalqı tam suverenliyə və həqiqi müstəqilliyə can atır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin