UEFA Fransa klubuna sanksiya tətbiq edə bilər

19:20 - 7 Yanvar 2025

UEFA Fransa klubuna sanksiya tətbiq edə bilər

Fransanın PSJ klubuna UEFA tərəfindən sanksiya tətbiq oluna bilər.

 

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Paris təmsilçisinin hazırda İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappeyə olan borcudur.

Futbolçunun vəkilləri dekabrın 20-də Fransa Futbol Federasiyasının Ali Apellyasiya Komissiyasına paytaxt klubuna sanksiyalar tətbiq olunması tələbi ilə şikayət ediblər. Buna baxmayaraq, klub hələ də hücumçuya ödəniş etməyib.

Xatırladaq ki, sentyabrda Fransa Peşəkar Futbol Liqası (LFP) Paris təmsilçisinin hücumçuya 55 milyon avro borcunu ödəməsi ilə bağlı qərar çıxarıb. K.Mbappe ötən ilin yayında PSJ-dən "Real"a azad agent kimi keçib.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin