Bu ölkə Rusiyaya uçuşların sayını azaldır

16:31 - 7 Yanvar 2025

Bu ölkə Rusiyaya uçuşların sayını azaldır

Özbəkistanın Qanot Şərq aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Moskvaya (Domodedovo hava limanı) Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa (Pulkovo) isə Səmərqənd və Namanqandan bəzi reyslər dayandırılacaq.

Həmçinin yanvarın 22-dən martın 5-dək Daşkənd və Səmərqənd arasında bəzi reyslər ləğv ediləcək.

Şirkət uçuşların dayandırılmasını Airbus A320-yə planlı texniki xidmətin həyata keçirilməsi zərurəti ilə izah edib.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin