"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident
8 Yanvar 2025
22:30 - 6 Yanvar 2025
Aleksandr Lukaşenko Rusiyanın başladığı xüsusi hərbi əməliyyatın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenskidən heç bir üzr istəməyib.
Manset.az xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.
O qeyd edib ki, Minskdə Kiyevdən üzr istəməyə “heç bir səbəb” yoxdur.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsi zamanı deyib ki, Lukaşenko Rusiya-Ukrayna müharibəsinin birinci və ya ikinci günü ondan üzr istəyib. Zelenskinin sözlərinə görə, Belarus rəhbəri Ukraynaya zərbələr endirmək əmrini vermədiyini bildirib və həmçinin deyib: “Üzr istəyirəm. İnanın, Volodya, bunu edən mən deyiləm. Mən vəziyyətə nəzarət etmirəm, Ukraynaya atılan raketlər Putinindir”.
“Belarus prezidenti Zelenskidən üzr istəməyib, ona görə ki, üzr istəməyə heç bir səsəəbimiz yoxdur”, - deyə Natalya Eysmont RBK-ya şərhində vurğulayıb.
Xanım Eysmont deyib ki, münaqişənin başlanğıcında dövlət başçıları arasında dialoq prezidentin oğlu Nikolay Lukaşenkonun reaksiyası sayəsində baş tutub. Telefon danışığı zamanı Belarus prezidenti Zelenskini qarşıdurmaya son qoymağa çağırıb və deyib ki, o, insanların ölümünə hamıdan çox cavabdehlik daşımalı olacaq.
“Buna görə də prezidentimiz Zelenskini danışıqlar masası arxasına əyləşməyə çağırıb”, - mətbuat katibi əlavə edib.
Aleksandr Lukaşenko dəfələrlə Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb. Onun fikrincə, danışıqlar 2022-ci ildə əldə edilmiş İstanbul razılaşmalarına əsaslanmalıdır. 2024-cü il oktyabrın sonunda Lukaşenko bildirib ki, ölkələr ilkin şərt olmadan danışıqlara başlamalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin