"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident
8 Yanvar 2025
20:30 - 6 Yanvar 2025
Rusiya səfirliyi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra rusiyalı diplomat Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat katibi Tatyana Barak teleqramda bildirib.
Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.
Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırdıqdan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin