"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident
8 Yanvar 2025
20:20 - 6 Yanvar 2025
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok Berlinin Suriyaya dəstəyini ölkənin yeni hakimiyyətinin qadın hüquqlarına münasibətindən asılı olduğunu bəyan edib.
Manset.az-ın verdiyi məlumata görə, bu barədə "Die Welt" nəşri məlumat yayıb.
"Əgər Suriyada qadınlar təhlükəsizlikdə olmayacaqsa, milyonlarla təhsilli kişi və qadın ölkənin bərpası üçün heç vaxt vətənə qayıtmayacaq", - deyə o bildirib.
Berbok Suriyaya səfəri zamanı ölkənin yeni hakimiyyətinə qadın hüquqları pozulacağı təqdirdə Dəməşqin Avropa İttifaqından maliyyə dəstəyi almayacağını da vurğulayıb.
Xatırladaq ki, yanvarın 3-də Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə elan olunmamış səfər edən Almaniya XİN rəhbəri ilə əl sıxmaqdan imtina ediblər. Yayımlanan videoda Berbokun hökumət təyyarəsinin trapından birinci düşərək Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə yaxınlaşdığı görünür. Suriyalı siyasətçilər görüş zamanı əllərini sinələrinə qoyaraq nazirlə əl sıxmaq niyyətində olmadıqlarını aydın şəkildə göstəriblər. Bir an sonra onlara alman nümayəndə heyətindən olan kişi yaxınlaşır və suriyalılar, əksinə, həvəslə ona əl uzadırlar.
Daha sonra Suriyanın yeni hakimiyyəti Dəməşqdəki görüşün nəticələrinə dair dərc etdiyi görüntülərdə Berboku tamamilə "blur"laşdırıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin