Suriyanın iki hava limanı yanvarın 21-dək bağlanacaq

19:20 - 6 Yanvar 2025

Suriyanın iki hava limanı yanvarın 21-dək bağlanacaq

Suriyanın Latakiya və Qamışlı şəhərlərindəki hava limanları yanvarın 21-dək təyyarələrin qəbulu və uçuşu üçün bağlı olacaq.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dəməşqin uçuş-informasiya regionunun nəzarət xidməti məlumat yayıb.

"Latakiya və Qamışlı hava limanlarından bütün uçuşlar yanvarın 21-i saat 15:00-ə (Bakı vaxtı ilə 19:00) qədər dayandırılıb", - məlumatda deyilir.

Qadağa Suriyada 2024-cü il dekabrın 8-də hakimiyyət dəyişikliyindən dərhal sonra tətbiq edilib.

Bundan əvvəl qadağanın yanvarın 6-ı axşama qədər qüvvədə olacağı güman edilirdi. Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsinin rəhbəri Əşhəd əl-Sleybi bildirmişdi ki, Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq reysləri qəbul etməyə başlayacaq.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib.

Dekabrın 10-da 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Keçid hökuməti 2025-ci il martın 1-dək davam edəcək.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin