2 şirkət Baydenə qarşı iddia qaldırdı

17:18 - 6 Yanvar 2025

2 şirkət Baydenə qarşı iddia qaldırdı

Yapon polad şirkəti Nippon Steel və Amerikanın U.S. Steel korporasiyası ABŞ Prezidenti Co Bayden və onun administrasiyasına qarşı aralarındakı sövdələşməyə mane olduğu üçün məhkəməyə müraciət ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İddialar Kolumbiya Dairə Apellyasiya Məhkəməsinə və Pensilvaniya Dairə Məhkəməsinə verilib. Şirkətlər hesab edirlər ki, Amerika Prezidentinin sövdələşməni əngəlləmək qərarı siyasi müdaxilədir.

Qeyd olunur ki, bu, Yaponiyanın böyük korporasiyasından ABŞ Prezidentinə qarşı ilk belə iddiadır.

Xatırladaq ki, Bayden yanvarın 3-də müqavilənin qarşısını alıb.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin