Almaniyada terror aktı qurbanlarının sayı artdı

17:05 - 6 Yanvar 2025

Almaniyada terror aktı qurbanlarının sayı artdı

2024-cü il dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərində törədilən terror aktının qurbanlarının sayı 6 nəfərə çatıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir.

Naumburq prokurorluğunun nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, hücum nəticəsində 52 yaşlı qadın həyati təhlükəsi olmayan xəsarətlər alıb. Zərərçəkən yanvarın 6-da xəstəxanada ölüb.

Dekabrın 20-də yüksək sürətlə hərəkət edən avtomobil Almaniyanın Maqdeburq şəhərində Milad bazarına gələnlərin üzərinə çırpılıb.

Saksoniya-Anhalt federal əyaləti hökumətinin rəsmi nümayəndəsi Matias Şuppe hadisəni terror aktı adlandırıb.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin