Prezidentdən keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR
7 Yanvar 2025
10:33 - 6 Yanvar 2025
Ukrayna Prezidenti Vladimir Zelenski bloger Leks Fridmanla müsahibəsində amerikalı milyarder və sahibkar İlon Maska hörmət etdiyini və onun mümkün qədər Kiyevin tərəfində olmasını istədiyini deyib.
Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Zelenski vurğulayıb ki, o, Maska hörmət edir, çünki İlon onun kimi hər şeyə təkbaşına nail olub. Onun sözlərinə görə, belə insanlar dünyanı irəli aparır və hamı Maskın işinin nəticəsini görür.
Bundan əlavə, dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinə “Starlink” peyk internet rabitə sistemlərindən istifadə etməyə imkan verdiyinə görə sahibkara minnətdarlığını bildirib.
“Mən çox istərdim ki, İlon mümkün qədər bizim tərəfimizdə olsun və Kiyevi dəstəkləsin”, - Zelenski bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin