Paşinyan islahatlara hazırlaşır: Dəyişikliklərə bu qurumdan başlayacaq

08:32 - 27 İyun 2021

Paşinyan islahatlara hazırlaşır: Dəyişikliklərə bu qurumdan başlayacaq

Ermənistan Xarici İşlər Nazirliyində olduqca maraqlı və radikal dəyişikliklər gözlənilir. Hazırda Xarici İşlər Nazirliyi baxımsız vəziyyətdədir. Bir aydır bu strukturda nə nazir, nə də nazir müavinləri var.

Manset.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Past”qəzeti yazır.

“Mütəxəssislər, xaricdə olanlar da daxil olmaqla, bütün bunların birbaşa Nikol Paşinyan və onun komandasının uzaqgörən və gözlənilməz xarici siyasət fəaliyyəti ilə əlaqəli olduğunu bildirirlər. Mətbuat bir neçə dəfə Paşinyanın əslində heç kimə güvənmədiyini və hər qərarı demək olar ki, təkbaşına verdiyini bildirdi. Eyni vəziyyət xarici siyasətdə də izlənilə bilər”,- məqalədə qeyd edilib.

Bildirilir ki, Nikol Paşinyanın Ruben Rubinyanı Xarici işlər naziri vəzifəsinə təyin edəcəyi barədə yayılan məlumatlar diplomatik korpusların çoxunu təəccübləndirməklə bərabər qəzəbləndirib.

Amma onun tək namizəd olmadığı da bildirilir.

Qəzet hökumətdəki mənbələrinə əsasən bildirir ki, Paşinyan, nazir təyin ediləcək şəxsin köklü islahatlar aparmalı olduğunu və xüsusən də əvvəlki hökumətlə əlaqəli olanların hamısından xilas olmağın vacibliyinə inanır. Paşinyan əmindir ki, nazirlikdə qarışıqlıq yaradan məhz bu cür kadrlardır.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi faktiki olaraq boşdur. Bu qurumda nazir və nazir müavinləri istefaya gedib. Son seçkilərdə xaricdə olan erməni diplomatlarının mütləq əksəriyyəti Robert Köçəryanın “Ermənistan” blokuna səs verib. Bu isə o deməkdir ki, Ermənistanın səfir və diplomatlarının azı 50 faizi dəyişdirilməlidir./Teleqraf


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin