Ermənistanın milli qəhrəmanı həbs edildi

10:43 - 5 Yanvar 2025

Ermənistanın milli qəhrəmanı həbs edildi

İrəvan məhkəməsi Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryanın həbsi barədə qərar çıxarıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan bildirib.

Daha əvvəl baş qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə cinayət işi açılmışdı. General ittihamları qəbul etməyib. O, səhlənkarlıq ittihamı ilə iki ay müddətinə həbs edib.

Qeyd edək ki, Tiran Xaçatryan 44 günlük müharibədə iştirak etsə də, sonradan nüfuzdan düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb.

General istefa verdikdən sonra dəfələrlə hakimiyyətin siyasətini tənqid edib. 2024-cü ilin yanvarında isə o, restoranlardan birində dava edib, bundan sonra həbs olunub. Dava zamanı Xaçatryan silahdan atəş açaraq, təsadüfən mübahisə ilə heç bir əlaqəsi olmayan restorana gələn qonaqlardan birini yaralayıb. O, mart ayında zaminə buraxılıb.


Xəbər xətti

7 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin