Azər Baxşəliyevin ölüm səbəbi böyrək çatışmazlığı deyilmiş: ƏSL SƏBƏB - VİDEO
7 Yanvar 2025
13:03 - 5 Yanvar 2025
Bu gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə vida mərasimi keçirilir.
Manset.az Oxu.az -a istinadən xəbər verir ki, vəfat etmiş aktyor Azər Baxşəliyevin nəşi Heydər Məscidinə aparılıb.
Cənazə namazından sonra mərhum aktyor Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək.
Ətraflı Baku TV-nin materialında:
***
11:48
Dünyasını dəyişən aktyor Azər Baxşəliyev bu gün günorta saatlarında dəfn olunacaq.
Manset.az xəbər verir ki, bu barədə Baku TV-nin efirində məlumat gedib.
Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.
***
11:26
Aktyor Azər Baxşəliyev vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.
***
10:27
Bir neçə gündür süni tənəffüs aparatına qoşulan aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
Bu barədə Manset.az -a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:
“Poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”.
Qeyd edək ki, A.Baxşəliyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin