Niki Minaj köməkçisini döydü?

09:05 - 5 Yanvar 2025

Niki Minaj köməkçisini döydü?

Reper Niki Minajın keçmiş köməkçisi Brendon Covan Qarret Los-Anceles Ali Məhkəməsində müğənniyə qarşı iddia qaldırıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Qarret Minajı ona hücumda, döyməkdə və qəsdən emosional sıxıntıya məruz qoymaqda ittiham edib.

Brendon ifaçıdan təzminat tələb edib.

İddia ərizəsində keçmiş işçi reperin öz narazılığını bildirmək üçün bir il əvvəl "Pink Friday 2" turu zamanı bütün heyəti soyunub-geyinmə otağına necə yığdığını xatırladıb.

Minajın vəkili Qarretin iddialarını tamamilə yalan və qeyri-ciddi adlandırıb.


Xəbər xətti

7 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin