Azər Baxşəliyevin ölüm səbəbi böyrək çatışmazlığı deyilmiş: ƏSL SƏBƏB - VİDEO
6 Yanvar 2025
21:44 - 4 Yanvar 2025
ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Kiyev hakimiyyətini hələ Ukraynada müharibə başlamamışdan qabaq silahla təchiz etdiyini açıqlayıb.
Manset.az Qafqazinfo-ya xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə “Ria Novosti”yə müsahibəsində Blinkenin bu bəyanatını şərh edib.
“ABŞ və Britaniya tərəfindən Ukraynanın silahlarla təchiz olunması və Rusiya sərhədlərini pozaraq Qara dənizdə NATO-nun saysız-hesabsız təlimləri və Qərb ölkələrinin hərbi təyyarələrinin bizim hava məkanımıza təhlükəli yaxınlaşması haqqında uzun illərdir deyirik. Əslində, buna görə də xüsusi hərbi əməliyyatın məqsədlərindən biri Ukraynanı demilitarizasiya etmək və ölkəmizin təhlükəsizliyini təmin etməkdir”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin