Azər Baxşəliyevin ölüm səbəbi böyrək çatışmazlığı deyilmiş: ƏSL SƏBƏB - VİDEO
6 Yanvar 2025
19:45 - 4 Yanvar 2025
“İmperialistlərin agentləri kimi artıq regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik”.
Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində çıxışı zamanı deyib.
Prezident silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) vaxtının bitdiyini söyləyib:
“Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birgə torpağın altına basdırılacaqlar.
Burada üçüncü yol yoxdur. Hər kəs bu reallığı qəbul etməlidir. Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, - Prezident qeyd edib.
Qeyd edək ki, bu açıqlama Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesablarında da paylaşılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin